...

Gürcüstanın ümumi dövlət borcu kifayət qədər sabitdir - AİB

İqtisadiyyat Materials 4 May 2024 16:12 (UTC +04:00)
Gürcüstanın ümumi dövlət borcu kifayət qədər sabitdir - AİB
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

Gürcüstanın ümumi dövlət borcu kifayət qədər sabitdir.

Trend-in məlumatına görə, bunu AİB-in Mərkəzi və Qərbi Asiya üzrə regional əməkdaşlıq departamentinin rəhbəri Ləzizə Sabirova AİB-in Tbilisidə keçirilən illik toplantısında brifinq zamanı deyib.

"Biz nominal rəqəmlərə deyil, real rəqəmlərə baxırıq, çünki nominal inflyasiya səviyyəsi aşağı düşərkən, siyasət dərəcəsi hələ də mövcuddur. Real faiz dərəcəsi hələ də müsbətdir və bu, əlbəttə ki,biznes, eləcə də, özəl sektor üçün kapitalın daha yüksək dəyərinə çevrilir. Amma makroiqtisadi baxımdan Gürcüstanın Maliyyə Nazirliyi, Milli İqtisadiyyat Nazirliyi indiyə qədər çox yaxşı iş görür", - o qeyd edib.

Onun sözlərinə görə, əslində, vəziyyət pandemiyadan əvvəlki səviyyəyə qayıdıb ki, bu da yaxşı əlamətdir.

"Ümumi kəsir də təxminən 3 faizdir. Bunlar bizim darıxdırıcı göstəricilər dediyimiz şeylərdir və bu yaxşıdır. Biz hər hansı dəyişkənlik və ya yüksək həddi, şok istəmirik”, - Ləzizə Sabirova izah edib.

Qeyd edək ki, bu gün Tbilisidə Asiya İnkişaf Bankının (AİB) İdarəedicilər Şurasının iclası başlayıb. Bu, illik toplantının rəsmi başlanğıcının açılışıdır. Bu, ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir.

Xatırladaq ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illik toplantının mövzusu "Gələcəyə Körpü"dür.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak edir.

Xəbər lenti

Xəbər lenti