...

Şəkidə iki nəfər güllələnməsi ilə bağlı cinayət işi başlanıb (YENİLƏNİB)

Hadisə Materials 4 May 2024 22:29 (UTC +04:00)
Şəkidə iki nəfər güllələnməsi ilə bağlı cinayət işi başlanıb (YENİLƏNİB)

Bakı. Trend:

Mayın 4-də saat 17 radələrində Şəki rayonu ərazisində iki nəfərin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Şəki Rayon Prokurorluğundan Trend-ə bildirilib ki, araşdırmalarla 1965-ci il təvəllüdlü Namiq Məmmədovun rayonun Baş Şabalıd kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı həmkəndliləri 1966-cı il təvəllüdlü Azər Sədiyev və 1957-ci il təvəllüdlü İsrafil Məmmədsoya ov silahından atəş açaraq qəsdən öldürməsi, daha sonra isə həmin silahla özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Namiq Məmmədov saxlanılıb. Ona xəstəxanada polis müşayiəti altında tibbi yardım göstərilir.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

xxx

18:17

Mayın 4-də saat 16 radələrində Şəki rayonu Baş Şabalıd kəndində 1966-cı il təvəllüdlü Sədiyev Azər Sədi oğlu və 1957-ci il təvəllüdlü Məmmədsoy İsrafil Əhmədiyyə oğlunun ov silahı ilə qətlə yetirilmələri barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Namik Məmmədov hadisədən sonra özünə xəsarət yetirib.

O, xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti