Bakı. Trend:
Türkiyədə MHP sədri Devlet Bahçelinin göstərişi ilə “Əhməd Cavad İnstitutu” qurulacaq.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, institutda türk dünyası ilə bağlı araşdırmalar müzakirə olunacaq.
İnstitutun məqsədi Azərbaycan şairinin çoxşaxəli əsərlərini, türk dünyasına, o cümlədən mədəniyyət, incəsənət və ədəbiyyata verdiyi töhfələri araşdırmaq, türk dünyasında fikir və duyğuların ümumi birliyinin genişləndirilməsinə xidmət etməkdir.