...

AİB Azərbaycanla "yaşıl" gündəm üzrə aktiv şəkildə çalışır - Yevgeni Jukov

İqtisadiyyat Materials 4 May 2024 15:13 (UTC +04:00)
AİB Azərbaycanla "yaşıl" gündəm üzrə aktiv şəkildə çalışır - Yevgeni Jukov
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanla "yaşıl" gündəm üzrə aktiv şəkildə çalışır.

Bu barədə Trend-in sualına cavab olaraq Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Yevgeni Jukov AİB-in Tbilisidə keçirilən illik toplantıları çərçivəsində brifinqdə deyib.

"Azərbaycan hökuməti 2030-cu ilə qədər elektrik enerjisinin 30 faizini bərpa olunan mənbələrdən istehsal etmək niyyətini açıqlayıb. Biz bu məsələ üzrə hökumətlə çox sıx əməkdaşlıq edirik. Bu yaxınlarda AİB "Masdar" şirkəti ilə birlikdə 230 meqavatt gücündə nəhəng günəş elektrik stansiyasına investisiya qoyub", - o deyib.

Onun sözlərinə görə, bu il AİB və Azərbaycan daha bir neçə belə layihə üzrə əməkdaşlığa başlandığını bəyan edə biləcəklər.

"Ötən ay yerli direktorla oranı ziyarət etməyə nail oldum. Bu, həqiqətən də, 550 hektarlıq möhtəşəm layihədir, burada robotlar hər axşam günəş panellərini təmizləyir, günəş panelləri isə avtomatik olaraq günəşə doğru çevrilir. Stansiya, həqiqətən də, tam gücü ilə işləyir. Azərbaycanda bu cür layihələrə sərmayə qoymaq üçün daha çox imkanlar axtarırıq. Fikrimcə, bu il bizim bir neçə anonsumuz olacaq”, - deyə Yevgeni Jukov qeyd edib.

Qeyd edək ki, bu gün Tbilisidə Asiya İnkişaf Bankının (AİB) İdarəedicilər Şurasının iclası başlayıb. Bu, illik toplantının rəsmi başlanğıcının açılışıdır. Bu, ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir.

Xatırladaq ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illik toplantının mövzusu "Gələcəyə Körpü"dür.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti