...

ABŞ Haitidə cinayətlə mübarizə üçün 60 milyon dollar dəyərində silah göndərəcək

Dünya xəbərləri Materials 5 May 2024 04:56 (UTC +04:00)
ABŞ Haitidə cinayətlə mübarizə üçün 60 milyon dollar dəyərində silah göndərəcək

Bakı. Trend:

ABŞ prezidenti Co Baydenin administrasiyası Haitidə cinayətkarlıqla mübarizə üçün 60 milyon dollar dəyərində silah göndərəcək.

Trend-in məlumatına görə, bu barədə "Politico" qəzeti əlində olan sənədə istinadla bildirib.

Bildirilib ki, hərbi yardım paketinə əsasən atıcı silahlar, eləcə də bəzi zirehli texnika növləri, xüsusən "80 Humvee" zirehli avtomobili və 35 "MaxxPro" zirehli maşını daxildir.

Bundan əlavə, ABŞ iğtişaşlara nəzarət üçün vəsait, döyüş sursatı və kəşfiyyət pilotsuz uçuş aparatları ayıracaq. Hərbi yardım Haiti polisinə, o cümlədən Haitidə Təhlükəsizliyə Dəstək Çoxmillətli Missiyasında iştirak edən ölkələrə, xüsusən də Keniya, Yamayka və Bahamaya veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti