...

ABŞ Səudiyyə Ərəbistanı ilə müdafiə paktı bağlamaq üçün şərti açıqlayıb

Dünya xəbərləri Materials 5 May 2024 08:29 (UTC +04:00)
ABŞ Səudiyyə Ərəbistanı ilə müdafiə paktı bağlamaq üçün şərti açıqlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Co Baydenin administrasiyası Səudiyyə Ərəbistanı ilə yalnız krallığın İsraillə münasibətləri normallaşdıracağı təqdirdə müdafiə paktı bağlayacaq.

Trend-in məlumatına görə, bu barədə "Financial Times" nəşri xəbər verib.

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan nəşrə müsahibəsində deyib ki, bu iki məsələ Yaxın Şərqdə sülhün bərqərar olması üçün “hərtərəfli baxışın” bir hissəsidir və onları bir-birindən ayırmaq olmaz.

ABŞ rəsmisi C.Baydenin yaxın aylarda İsrailin təhlükəsizliyinə və daha dinc bölgəyə aparan yolu açıq şəkildə müəyyənləşdirəcəyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti