...

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

Dünya xəbərləri Materials 4 May 2024 12:44 (UTC +04:00)
HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fələstinin müqavimət hərəkatı - HƏMAS Misirin Qəzzada atəşkəs təşəbbüsünə cavab olaraq Qahirəyə nümayəndə heyəti göndərib.

Trend xəbər verir ki, Sinxua agentliyi bu barədə Misirdəki iki mənbəyinə istinadən məlumat yayıb.

“HƏMAS hərəkatının nümayəndə heyəti İsraillə atəşkəs sazişi üzrə danışıqları davam etdirmək üçün Qahirəyə gəlib. Sazış Qəzza sektorunda müharibəyə son qoya bilər”, - deyə məlumatda bildirilir.

Eyni zamanda, qeyd olunur ki, Qahirə razılığın əldə olunmayacağı təqdirdə Fələstin eksklavında vəziyyətin gərginləşəcəyi barədə HƏMAS-a xəbərdarlıq edib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin də Misir və Qətərin daxil olduğu atəşkəs sazişinin qarantı qismində Misirə gedəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti