...

Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalı çərçivəsində Gəncə Dövlət Filarmoniyasında konsert olub (FOTO)

Mədəniyyət Materials 4 May 2024 14:53 (UTC +04:00)
Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalı çərçivəsində Gəncə Dövlət Filarmoniyasında konsert olub (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dəstəyi ilə Birinci Beynəlxalq Opera Festivalı çərçivəsində konsert proqramı baş tutub.

Trend xəbər verir ki, Xalq artisti Rafael Bayramovun rəhbərliyi, Gəncə Dövlət Kamera Orkestrinin müşayiəti ilə Xalq artistləri Fidan Hacıyeva, Sevinc İbrahimova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artist Kəmalə Tağızadə, solistlər Taleh Yahyayev, Rüstəm Cəfərov, Günel Hacıyeva, Elmir Pişnamazzadə, Vasif Bayramov, Kamilla Məmmədzadə dünya və Azərbaycan bəstəkarlarının əsərlərini səsləndiriblər.

Konsert İtaliyadan gəlmiş, xüsusi qonaq, tanınmış vokalçı Ripalta Bufonun ifası ilə yadda qalıb.

Konsertdə dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, şəhər ictimaiyyəti iştirak ediblər.

Xalq Artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Nazirliyi və Dövlət Opera və Balet Teatrının dəstəyi ilə birinci Beynəlxalq Opera Festivalı 27 aprel-3 may tarixlərində keçirilir. Yeddi gün ərzində Bakı və Gəncənin müxtəlif konsert məkanlarında Azərbaycan klassiklərinin və dünya müəlliflərinin əsərləri təqdim olunur.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az, Turkic.World

Xəbər lenti

Xəbər lenti