...

AİB CAREC ölkələrində iqlim maliyyələşdirməsindəki boşluqlarını aradan qaldırmaq üçün fond yaratmağı təklif edir

İqtisadiyyat Materials 4 May 2024 15:16 (UTC +04:00)
AİB CAREC ölkələrində iqlim maliyyələşdirməsindəki boşluqlarını aradan qaldırmaq üçün fond yaratmağı təklif edir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

CAREC ölkələrində iqlim maliyyələşdirməsindəki boşluqları aradan qaldırmaq üçün çoxdonorlu trast fondunun yaradılması təklif olunur.

Trend xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya üzrə Regional Əməkdaşlıq şöbəsinin rəhbəri Ləzizə Sabirova Tbilisidə keçirilən illik toplantıları çərçivəsində brifinqdə deyib.

"Təklif olunan çoxdonorlu trast fondu CAREC ölkələrində infrastrukturda və iqlim maliyyələşdirməsindəki boşluqlarının həlli və azaldılması, eləcə də, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) və Paris İqlim Sazişinin məqsədlərinin əldə edilməsini sürətləndirmək üçün nəzərdə tutulub", - o deyib.

Onun sözlərinə görə, artıq Koreya Respublikası və AİB arasında 3 milyon ABŞ dolları dəyərində vəsaitin qrant resursları formasında ayrılmasını nəzərdə tutan niyyət məktubu imzalanıb.

"Məqsəd DİM-lə əlaqəli iqlim və digər aspektlərin ənənəvi və inkişaf etməkdə olan sektorlardakı regional layihələrə əlavə edilməsi üzrə imkanları, eləcə də, regional, o cümlədən, transsərhəd iqlim nəticələri ilə əlaqədar layihələrdə əməkdaşlığı genişləndirmək yolu ilə DİM və iqlimlə əlaqəli rentabelli regional layihələrin hazırlanmasına dəstək göstərməkdən ibarətdir", - o deyib.

Qeyd edək ki, bu gün Tbilisidə Asiya İnkişaf Bankının (AİB) İdarəedicilər Şurasının iclası başlayıb. Bu, illik toplantının rəsmi başlanğıcının açılışıdır. Bu, ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir.

Xatırladaq ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illik toplantının mövzusu "Gələcəyə Körpü"dür.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti