...

Bədii gimnastika üzrə Avropa Kubokunda qaliblər mükafatlandırılıb (FOTO)

İdman Materials 4 May 2024 21:53 (UTC +04:00)
Bədii gimnastika üzrə Avropa Kubokunda qaliblər mükafatlandırılıb (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Milli Gimnastika Arenasında "gənclər" yaş kateqoriyası üzrə komanda yarışında bədii gimnastika üzrə Avropa kubokunun qalib və mükafatçılarının mükafatlandırılması mərasimi olub.

Trend xəbər verir ki, İsrailin gənclərdən ibarət komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, Bolqarıstan komandası ikinci, Rumıniya komandası isə üçüncü yeri tutub.

"Gənclər" yaş kateqoriyası üzrə yarışlarda komanda birinciliyinin qalibi 1300 avro, ikinci yerin qalibi 1000 avro, üçüncü yerin qalibi isə 700 avro pul mükafatı alıb.

Xatırladaq ki, bədii gimnastika üzrə Avropa kubokunun ümumi mükafat fondu 40 000 avrodur.

Mükafatları yarışın direktoru Natalya Bulanova, bədii gimnastika üzrə Azərbaycan yığmasının xoreoqrafı Ruslan Eyvazov və Azərbaycan Gimnastika Federasiyasının meneceri Elmira Lalayeva təqdim ediblər.

Qeyd edək ki, bədii gimnastika üzrə Avropa kuboku mayın 3-5-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Müsabiqədə 37 ölkədən nümayəndələr iştirak edir. Gimnastlar iki yaş kateqoriyasında çıxış edirlər - “böyüklər” (fərdi proqram və qrup hərəkətləri) və “gənclər” (fərdi proqram).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti