...

Astanada CAREC-in iqlim dəyişmələri üzrə işçi qrupunun ilk görüşü keçiriləcək

İqtisadiyyat Materials 4 May 2024 14:46 (UTC +04:00)
Astanada CAREC-in iqlim dəyişmələri üzrə işçi qrupunun ilk görüşü keçiriləcək
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

Mayın 29-da Astanada Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının iqlim dəyişmələri üzrə işçi qrupunun ilk görüşü keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya üzrə Regional Əməkdaşlıq şöbəsinin rəhbəri Ləzizə Sabirova Tbilisidə keçirilən illik toplantıları çərçivəsində brifinqdə deyib.

"CAREC-in iqlim dəyişmələri üzrə işçi qrupu 2024-cü ilin aprelində yaradılıb və tərkibinə ölkələrdən üzvlər və inkişaf üzrə tərəfdaşlar daxildir", - o deyib.

Sabirova xatırladıb ki, işçi qrupun yaradılması CAREC ölkələri tərəfindən 2023-cü ilin noyabrında Gürcüstanın paytaxtı Tbilisidə keçirilən 22-ci Nazirlər Konfransında təsdiqlənib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti