...

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

İdman Materials 4 May 2024 23:05 (UTC +04:00)
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Bakı. Trend:

İspaniya La Liqasında 2023/2024-cü illər mövsümünün qalibi bəlli olub.

Trend-in məlumatına görə, "Real Madrid" sona 4 tur qalmış çempionluğu təmin edib.

Doğma meydanda "Kadis" klubuna 3 cavabsız qolla qalib gələn "kral klubu" "Barselona"nın səfərdə "Jirona"ya uduzmasından (2:4) sonra qızıl medalları rəsmiləşdirib. Bu, Madrid təmsilçisinin 36-cı La Liqa çempionluğu olub.

Qeyd edək ki, hazırda ilk pillədəki "Real Madrid"in 87 xalı var. İkinci sırada 74 xalla "Jirona" qərarlaşıb. İlk "üçlüy"ü isə 73 xalı olan "Barselona" tamamlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti