...

Rəqəmsal texnologiyaların bərabər tətbiqi təmin olunmalıdır - AİB prezidenti

İqtisadiyyat Materials 4 May 2024 12:07 (UTC +04:00)
Rəqəmsal texnologiyaların bərabər tətbiqi təmin olunmalıdır - AİB prezidenti
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

Rəqəmsal texnologiyaların bərabər tətbiqi təmin olunmalıdır.

Trend xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) prezidenti Masatsuqu Asakava Tbilisidə AİB-in İdarəedicilər Şurasının iclasının açılış mərasimində deyib.

"İndi isə icazə verin, gələcəyə dair başqa bir prioritetə ​​- rəqəmsal texnologiyadan istifadə və onlardan ehtiyatlı və ədalətli istifadə olunmasını təmin etmək zərurətinə müraciət edim. Süni intellekt, artımın təşviqi və səhiyyə, kənd təsərrüfatı və iqlim dəyişmələri kimi sahələrdə inkişaf problemlərinin həllinə kömək üçün böyük potensial təklif edir. Lakin inkişaf etməkdə olan ölkələr bu texnologiyanı tətbiq edə bilməsələr, itirəcəklər", - o deyib.

Onun sözlərinə görə, həmçinin, süni intellektlə əlaqəli qərəzlilik və şəffaflığın olmaması kimi risklər də mövcuddur.

"AİB inkişaf etməkdə olan üzv ölkələrimizin etik standartlara uyğun olan və inklüziv artıma imkan yaradan məsuliyyətli süni intellekt həllərini tətbiq etmək imkanlarını gücləndirmək üçün səylə çalışır. İnanırıq ki, rəqəmsal boşluğun aradan qaldırılması və süni intellektin imkanlarının kəşfi firavan gələcəyin açarıdır. İndi isə, icazənizlə, qloballaşma haqqında daha çox düşünüm", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti