...

Qafqazda və Mərkəzi Asiyada iqtisadi artım 2025-ci ildə bərpa olunacaq - Yevgeni Jukov

İqtisadiyyat Materials 4 May 2024 14:30 (UTC +04:00)
Qafqazda və Mərkəzi Asiyada iqtisadi artım 2025-ci ildə bərpa olunacaq - Yevgeni Jukov
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

Qafqazda və Mərkəzi Asiyada iqtisadi artım 2025-ci ildə bərpa olunacaq.

Trend xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Yevgeni Jukov AİB-in Tbilisidə keçirilən illik toplantıları çərçivəsində brifinqdə deyib.

"Qafqaz və Mərkəzi Asiyada artım 5,3% səviyyəsində qalıb və 2024-cü ildə 4,3%-ə qədər yavaşlayacağı, 2025-ci ildə isə 5%-ə qədər bərpa olunacağı gözlənilir", - o deyib.

Onun sözlərinə görə, Qazaxıstanda həm neft, həm qeyri-neft sektorları, eləcə də, özəl və dövlət istehlakı və investisiyalar hesabına iqtisadi artım sürətlənərək, 2023-cü ildə 5,1%-ə çatıb. Lakin Azərbaycanda neft hasilatının azalması artıma əhəmiyyətli dərəcədə təsir göstərib.

"Ermənistan, Gürcüstan və Qırğız Respublikasında 2022-ci ildə müstəsna yüksək səviyyələrdən sonra artım ləngidi, çünki xaricdən ikinci dərəcəli təsirlər azaldı. Tacikistan, Türkmənistan və Özbəkistanda 2023-cü ildə sənaye və kənd təsərrüfatının daha sürətli inkişafı sayəsində iqtisadi artım sürətlənib", - deyə Yevgeni Jukov əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti