...

Ferstappen Formula 1 üzrə Mayami Qran Prisinin təsnifat mərhələsində qalib oldu

İdman Materials 5 May 2024 07:51 (UTC +04:00)
Ferstappen Formula 1 üzrə Mayami Qran Prisinin təsnifat mərhələsində qalib oldu

Bakı. Trend:

"Red Bull" komandasının Niderland pilotu Maks Ferstappen Formula 1 üzrə Mayami Qran Prisinin təsnifat mərhələsində qalib olub.

Trend-in məlumatına görə, "Ferrari" komandasının monakolu pilotu Şarl Lekler təsnifat mərhələsində ikinci yeri tutub.

Üçüncüsü isə Ş.Leklerin komanda yoldaşı, ispaniyalı pilot Karlos Sayns tutub.

Mayın 4-də F.Verstappen sprint yarışının qalibi oldu. Əsas yarış mayın 5-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti