...

Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM

Siyasət Materials 4 May 2024 14:03 (UTC +04:00)
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM

Bakı. Trend:

Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında sərəncam imzalayıb.

Trend xəbər verir ki, sərəncama əsasən, Xankəndi Şəhər Prokurorluğu yaradılıb.

Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digər maddi-texniki təminatı məsələlərinin həlli üçün zəruri tədbirlər görməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Xəbər lenti

Xəbər lenti