...

AİB-in Mərkəzi və Qərbi Asiyada iqlim maliyyələşdirməsinin istiqamətləri müəyyənləşdi

İqtisadiyyat Materials 4 May 2024 16:00 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

2024-cü ildə Mərkəzi və Qərbi Asiyada AİB-in iqlim maliyyəsi, əsasən, kənd təsərrüfatı, kənd yerlərinin inkişafı və dövlət sektorunun idarə edilməsi layihələrinə yönələcək.

Trend-in məlumatına görə, bunu AİB-in Mərkəzi və Qərbi Asiya üzrə regional əməkdaşlıq departamentinin rəhbəri Ləzizə Sabirova AİB-in Tbilisidə keçirilən illik toplantısında brifinq zamanı deyib.

Onun sözlərinə görə, hazırda Mərkəzi və Qərbi Asiya üçün iqlim dəyişiklikləri üzrə strategiya və tədbirlər planı hazırlanır.

"Ölkələrlə qarşıdakı 4 tərəfdaşlıq strategiyası yaxın beş il ərzində iqlim portfelinin genişlənməsinin əsasını qoyacaq. Üzv ölkələrlə iqlim dəyişikliyi məsələləri ilə bağlı maarifləndirmə, eləcə də məlumatlılığın artırılması və potensialın gücləndirilməsi işləri həyata keçirilir. Nəticələrin adaptasiyası və yüngülləşdirilməsinə dəstək üzrə, o cümlədən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramının iqlim və dayanıqlı inkişaf nəzərdə tutulan Hazırlıq Fondu vasitəsilə razılaşdırılmış tədbirlər zəruridir", - deyə o bildirib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti