...

HƏMAS İsraillə atəşkəsin birinci mərhələsinə razılıq verməyə hazırdır - KİV

Dünya xəbərləri Materials 4 May 2024 20:59 (UTC +04:00)
HƏMAS İsraillə atəşkəsin birinci mərhələsinə razılıq verməyə hazırdır - KİV
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fələstinin "HƏMAS" hərəkatı hətta daimi atəşkəs zəmanəti olmasa belə, İsraillə təklif olunan nizamlama sazişinin birinci mərhələsinin həyata keçirilməsinə razılıq verməyə hazırdır.

Trend-in məlumatına görə, bu barədə "The Times of Israel" nəşri mənbələrə istinadən bildirib.

"HƏMAS ilk dəfə olaraq hərbi əməliyyatlara son qoyulması zəmanəti olmadan birinci mərhələnin başlanmasına razılıq verməyə hazır olduğunu nümayiş etdirdi", - deyə qeyd olunub.

Ərəb KİV-ləri bildiriblər ki, Qahirədə keçirilən danışıqlarda Misirin təklif etdiyi atəşkəs sazişi müzakirə olunub. Birinci mərhələnin 40 günə qədər davam edəcəyi və Qəzza zolağında saxlanılan 128 girovdan ən azı 33-nün fələstinli girovlar müqabilində azad ediləcəyi gözlənilir. Bundan əlavə, birinci mərhələ İsrail Müdafiə Qüvvələrinin anklavın bəzi hissələrindən çıxarılmasını nəzərdə tutur.

Yaxın Şərq mediası mənbələrə istinadən yazıb ki, tərəflər razılıq əldə etməyə yaxındırlar, HƏMAS Misirin təkliflərinə “yaxın saatlarda” cavab verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti