Bakı. Trend:
Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonu axtarışda olanlar siyahısına daxil edib.
Trend xəbər verir ki, belə bir sənəd nazirliyin məlumat bazasında yerləşdirilib.
“1965-ci il təvəllüdlü, Bolqrad şəhərində anadan olmuş Poroşenko Petro Alekseyeviç cinayət maddəsi ilə axtarışdadır”, - deyə Rusiya Daxili İşlər Nazirliyinin paylaşımında bildirilib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski də Rusiya Federasiyası Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib.