...

Bakıdakı ilk Avropa kubokunun qalibi müəyyənləşdi

Cəmiyyət Materials 4 May 2024 16:19 (UTC +04:00)
Bakıdakı ilk Avropa kubokunun qalibi müəyyənləşdi
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən bədii gimnastika üzrə ilk Avropa kubokunun qalibi bəlli olub.

Trend xəbər verir ki, bolqarıstanlı Stiliana Nikolova "Cross Battle" formatında keçirilən çoxnövçülüyün qalibi adını qazanıb.

Təsnifat mərhələsinin 16 ən güclüsü olimpiya sistemli yarışda mükafatlar uğrunda mübarizə aparıb. Nikolova finalda italiyalı Sofiya Raffaeliyə qalib gəlib. Həlledici raundda gimnastlar gürzlərlə çıxış ediblər.

Bürünc medala israilli Darya Atamanov sahib çıxıb. O, bolqarıstanlı Boryana Kaleynə qalib gəlib.

Qeyd edək ki, Azərbaycan gimnastlarından Zöhrə Ağamirova 1/4, Kamilə Seyidzadə 1/8 finalda mübarizəni dayandırıb.

Xəbər lenti

Xəbər lenti