...

Bakıda keçirilən Avropa kubokunda bolqarıstanlı atlet topla hərəkətlərdə qızıl medal qazanıb

Cəmiyyət Materials 5 May 2024 12:01 (UTC +04:00)
Bakıda keçirilən Avropa kubokunda bolqarıstanlı atlet topla hərəkətlərdə qızıl medal qazanıb
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa kubokunda bolqarıstanlı atlet Boryana Kalein topla hərəkətlərdə 34,350 xal toplayaraq qızıl medal qazanıb.

Trend xəbər verir ki, rumıniyanı təmsil edən Kristina Draqan 34,150 xalla gümüş medal qazanıb. İsrailli Daniela Muniz 33,850 xalla bürünc medal qazanıb.

Azərbaycan gimnastı Zöhrə Ağamirova topla hərəkətlərin finalında 33,350 xalla altıncı yeri tutub.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən Avropa Kubokunda 37 ölkəni təmsil edən 160 idmançı iştirak edir. Yarışa mayın 5-də yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti