...

ABŞ-da iki sinaqoq partlayış təhlükəsi səbəbindən təxliyə edilib

Dünya xəbərləri Materials 5 May 2024 07:18 (UTC +04:00)
ABŞ-da iki sinaqoq partlayış təhlükəsi səbəbindən təxliyə edilib

Bakı. Trend:

ABŞ-ın Nyu-York şəhərində iki sinaqoq partlayış təhlükəsi səbəbindən təxliyə edilib.

Trend-in məlumatına görə, bu barədə "New York Post" qəzeti şəhər polisinə istinadən bildirib.

Məlumata əsasən, hüquq-mühafizə orqanlarına partlayış təhlükəsi barədə məlumat şənbə günü yerli vaxtla saat 15:15 və 16:30 radələrində daxil olub.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti