Tbilisi. Trend:
AİB, böyük ehtimalla, Roğun SES-in reallaşdırılmasında iştirak edəcək.
Trend-in məlumatına görə, bunu AİB-in Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Yevgeni Jukov Tbilisidə AİB-in illik iclasında brifinq zamanı deyib.
“Roğun su elektrik stansiyası təkcə Tacikistan üçün deyil, bütün region üçün mühüm layihədir, o, təkcə yaşıl enerjinin inkişafı deyil, həm də su ehtiyatlarından istifadənin tənzimlənməsi baxımından böyük fayda verəcək", - o qeyd edib.
AİB-in layihədə iştirakını müzakirə edərkən, Jukov bildirib ki, "biz hələ investisiya qərarına gəlməmişik, amma tezliklə iştirak edəcəyik”.