...

Avropa kubokunun ilk günündə cüdoçularımız 10 medal qazanıb

İdman Materials 5 May 2024 03:17 (UTC +04:00)
Avropa kubokunun ilk günündə cüdoçularımız 10 medal qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Göygöldə kadetlər arasında cüdo üzrə Avropa kuboku start götürüb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, yarışın ilk Azərbaycan idmançıları üçün uğurlu olub.

Yığmamız 2 qızıl, 1 gümüş və 7 bürünc medal qazanıb. Məmmədəli Hüseynov (50 kq) finalda Aleksey Toptıgini (AİN), Nihad Məmişov (55 kq) isə Leka Darispanaşvilini (Gürcüstan) məğlub edib. Fərid Qarayev (60 kq) həlledici döyüşdə özbək Bahrom Asatova uduzub.

Avropa kubokunun ilk günündən sonra Azərbaycan (2-1-7) yığması lider mövqeyində yer alıb. Türkiyə (1-3-0) 2-ci, Özbəkistan (1-0-1) 3-cüdür.

Qeyd edək ki, yarışda 14 ölkədən 323 idmançı mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti