...

Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir - Blinken

Dünya xəbərləri Materials 4 May 2024 13:16 (UTC +04:00)
Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir - Blinken
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Ştatlar Qəzza sektorunda atəşkəs rejimi və girovların mübadiləsi təklifinə HƏMAS hərəkatının müsbət cavab verəcəyinə ümid edir.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Entoni Blinken Arizona ştatının Sedona şəhərində Makkeyn İnstitutunun forumunda çıxışı zamanı deyib.

Qəzza sektorun cənubunda mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi zərurətindən danışan ABŞ rəsmisi dinc sakinlərin müdafiəsi üçün konkret plana malik olmayan İsrailin Rəfahda genişmiqyaslı əməliyyat keçirməsini dəstəkləmədiklərini vurğulayıb.

Eyni zamanda, “The Washington Post” qəzeti yazır ki, Vaşinqton administrasiyası razılaşmadan imtina edəcəyi təqdirdə HƏMAS nümayəndələrini Qətərdən qovmağı tövsiyə edib. Nəşrin mənbələrinin bildirdiyinə görə, Entoni Blinken bu mesajı Qətərin baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə görüşündə verib.

Qeyd edək ki, bir müddət öncə HƏMAS hərəkatının siyasi qanadının rəhbəri İsmayıl Haniyə Misir Baş Kəşfiyyat İdarəsinin rəhbəri Abbas Kamel ilə telefon danışığı zamanı Qəzzada atəşkəslə bağlı danışıqları davam etdirmək üçün tezliklə Qahirəyə nümayəndə heyəti göndərəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti