Bakı. Trend:
İsrail ordusu Fələstinin "İslami Cihad" təşkilatının hərbi qanadının komandirlərindən birini öldürüb.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
Bildirilib ki, söhbət “İslami Cihad”ın strukturunda “yüksək rütbəli döyüşçü”, Rəfah briqadasına komandanlıq edən Ayman Zaarabdan gedir. A.Zaarab İsrail ordusunun və əks-kəşfiyyatın aldığı kəşfiyyat məlumatları əsasında olkənin Hərbi Hava Qüvvələrinin qırıcılarının endirdiyi zərbələr nəticəsində səhər saatlarında məhv edilib.
Qeyd olunub ki, onunla birlikdə onunla eyni otaqda olan daha iki "İslami Cihad" silahlısı məhv edilib