Bakı. Trend:
Londonun hazırkı meri Sadiq Xan yenidən seçkilərdə qalib gəlib və üçüncü müddətə vəzifəsində qalacaq.
Trend-in məlumatına görə, bu barədə "Sky News" televiziya kanalı xəbər verib.
May ayının əvvəlində keçirilən seçkilərdə leyboristləri təmsil edən S.Xan səslərin 43,7%-ni, onun mühafizəkarları təmsil edən rəqibi Syuzan Holl isə cəmi 32,6%-ni toplayıb.
Bu, tarixdə ilk dəfədir ki, London meri üç müddət vəzifəsində qalacaq.