...

Türkiyə-Azərbaycan Biznes Forumu keçiriləcək - Əli Əsədov da qatılacaq

Siyasət Materials 4 May 2024 12:58 (UTC +04:00)
Türkiyə-Azərbaycan Biznes Forumu keçiriləcək - Əli Əsədov da qatılacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 8-də Ankarada Türkiyə-Azərbaycan Biznes Forumu keçiriləcək.

Trend-in məlumatına görə, Forum Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 11-ci Müddətli Toplantısı ilə əlaqədar Xarici İqtisadi Əlaqələr Şurasının və Türkiyə Palatalar və Birjalar Birliyinin əməkdaşlığı ilə baş tutacaq.

Forumda Türkiyə dövlət başçısının köməkçisi Cevdet Yılmaz və Azərbaycan Baş naziri Əli Əsədov iştirak edəcək.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 31% və ya 1 milyard 808 milyon dollar artaraq, 7 milyard 650 milyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti