...

İSRAİL VƏ UKRAYNA LİBERAL DEMOKRATLARI SEÇKİLƏRİ İZLƏMƏK ÜÇÜN AZƏRBAYCANA GƏLƏCƏK

Siyasət Materials 28 Sentyabr 2005 18:00 (UTC +04:00)

"Ukrayna və İsrail liberal demokratları noyabrın 6-da Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün Bakıya gələcəklər". Bu barədə Trend ə Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev bildirib.

Partiya sədri onu da qeyd edib ki, bu təklifi onlara özü verib: "Ukrayna liberal demokratlarının rəhbəri İqor Duşin və İsrail liberal demokratlarının rəhbəri Aleksandr İsko ilə bu barədə danışıqlarımız olub. Onlar yalnız mənim namizəd olduğum 25 saylı Nizami ikinci seçki dairəsində seçkiləri izləyəcəklər".

Hər bir partiyadan iki nümayəndənin 25 saylı Nizami ikinci seçki dairəsində seçkiləri izləyəcəyini bildirən partiya sədri: "Onlardan başqa Azərbaycana gələcək MDB müşahidəçilər qrupunda da Ukrayna ilə yanaşı digər dövlətlərin liberal demokratları təmsil olunacaqlar" - deyib.

Onu da qeyd edək ki, Rusiya liberal demokratları da MDB müşahidəçilər qrupunda seçkilərdə müşahidəçi qismində iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti