...

ƏKMƏLƏDDİN İHSANOĞLU: "TÜRKİYƏ AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏYİR"

Siyasət Materials 4 Oktyabr 2005 22:44 (UTC +04:00)

Türkiyə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Trend in Strasburqda olan xüsusi müxbiri bildirir ki, oktyabrın 4-də İslam Konfransı Təşkilatının (İKT) baş katibi Əkmələddin İhsanoğlu AŞPA prezidenti Rene van der Lindenlə birgə keçirdiyi mətbuat konfransında bu bəyanatla çıxış edib.

Ermənistan nümayəndəsinin Türkiyə-Ermənistan sərhədləri ilə bağlı sualını cavablandıran İhsanoğlu vurğulayıb ki, Türkiyə Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək.

Xəbər lenti

Xəbər lenti