...

Cahangir Əsgərov: Rəsul Quliyev bu gün Bakıya gəlməkdən imtina etdi

Siyasət Materials 17 Oktyabr 2005 18:26 (UTC +04:00)
Cahangir Əsgərov: Rəsul Quliyev bu gün Bakıya gəlməkdən  imtina etdi

Azərbaycan Demokratik Partiyasının sədri R.Quliyevin oktyabrın 17-də saat 16.00-da Bakıya gözlənilən gəlişi baş tutmayıb. Bu barədə jurnalistlərə "Azal" Dövlət Konserninin rəhbəri C.Əsgərov məlumat verib.

"Leasing executive Airways şirkəti Azərbəycana rəsmi müraciət edərək Simferopoldan Bakıya rəsmi uçuş icazəsi istəyib. Bu teleqram rəsmi olaraq Bakı vaxtı ilə saat 14.56-da daxil olub. Beynəlxalq standarlara uyğun olaraq "Azal" 72 saat ərzində bu müracitə cavab verməlidir. Amma buna baxmayaraq, biz 1 saat 56 dəqiqədən sonra rəsmi cavab verdik. Yəni 16.48-da Azal şəm bu şirkətə, həm də Simferopol dispetçer xidmətinə teleqram göndərərək bu təyyarənin, sərnişin Rəsul Quliyevin və onu müşayiət edən 5 şəxs saat 18.45-də gəlməsinə razılıq verdik".

"Azal"ın rəhbəri həmin teldeqramı sübut kimi curnalistlərə təqdim edib. 7 dəqiqədən sonra rəsmi cavab gəlib və həmin şirkət teleqramda bu reysdən imtina etdiyini və bu gün gəlməyəcəklərini bildirib.

"Həmin cavabı R. Quliyevin vəkilinə təqdim etmişəm və o, mətbuatda da işıqlandırılıb. Təyyarə bu gün İnkiltərənin Farmborq şəhərindən yerli saatla 10.35-də Simferopola yola düşüb və hall-hazırda Simferopoldadır".

Sonda C.Əsgərov bildirib ki, "Azal" tərəfindən R.Quliyevini gəlişinə heç bir əngəl törədilməyib və hazırda Simferopodlda olan təyyarə İngiltərəyə qayıdıb. Bu da o deməkdir ki, R.Quliyevin Azərbaycana gəlməsi üçün 72 saat əvvəl xəbərdarlıq edilməlidir.

Xəbər lenti

Xəbər lenti