Trend in xəbər verdiyi kimi, oktyabrın 24-də Azərbaycan Respublikasının prezidnti İlham Əliyevin sərəncamı ilə Azərkimya DK-nın rəhbəri Fikrət Sadıqov tutduğu vəzifədən azad edilib.
O, 1940-cı ildə Naxçıvan MSSR-in Ordubad şəhərində anadan olub. 1965-ci ildə Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakultəsini bitirən F.Sadıqov Sumqayıtda kimya sənaye müəssisələrində çalışıb. 1981-ci ildə "Kimya sənayesi" İB-nin direktoru, 1988-ci ildə baş direktoru təyin olunub. 1992-ci ildən "Azərkimya" Dövlət Konserninin prezidentidir.