...

SCAD narkotiklərlə bağlı regional seminar keçirir

Siyasət Materials 25 Oktyabr 2005 12:50 (UTC +04:00)

Oktyabrın 24-dən başlayaraq "Cənubi Qafqazda Narkotiklərə Nəzarət" (SCAD) Regional Yardım Proqramının 4-cü layiəsi çərçivəsində Tiflisdə regional seminar keçirilir. Trend məlumat verir ki, tədbir SCAD-ın "Orta və ali məktəblərdə narkotiklərə olan tələbin azaldılması" layihəsi çərçivəsində icra olunur.

Məqsəd narkotiklərin yayılmasının qarşısının alınması istiqamətində hazırlanmış metodoloji vəsait əsasında görülən işlərin təqdimatı və bu istiqamətdə təcrübə mübadiləsi aparmaqdan ibarətdir.

Tədbirdə iştirak edən SCAD Proqramının milli əlaqələndiricisi Məzahir Əfəndiyev narkotiklərin yayılmasının qarşısının alınmasında Azərbaycan hökumətinin apardığı təbliğat, təşviqat və maarifləndirmə işləri haqqında məlumat verib. Respublikamızın regionlarında Gənclər, İdman və Turizm Nazirliyi vəTəhsil Nazirliyi ilə birgə bu istiqamətdə həyata keçirilən tədbirləri seminar iştirakçılarına nümunə kimi təqdim edib.

Tədbirin ikinci və üçüncü günündə qeyri-hökumət təşkilatlarını və Narkoloji Dispanseri təmsil edən nümayəndələrin görülən işlərlə bağlı təqdimatları olacaq.

Seminar oktyabrın 26-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti