...

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsini ifşa etdi

Dünya xəbərləri Materials 7 May 2024 16:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Prezident Volodimir Zelenskinin və ölkənin ali hərbi-siyasi rəhbərliyinin digər təmsilçilərinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb.

Trend xəbər verir ki, bu barədə UTX-nin məlumatında bildirilir.

“Ukrayna Təhlükəsizlik Xidməti Ukrayna Prezidentinin qətlini hazırlayan RF Federal Təhlükəsizlik Xidmətinin 5-ci xidmətinin agent şəbəkəsini ifşa edib. Dövlət Mühafizə Xidmətinin iki polkovniki həbs olunub. Əks-kəşfiyyat və UTX Federal Təhlükəsizlik Xidmətinin Ukrayna Prezidentinin və dövlətin ali hərbi-siyasi rəhbərliyinin digər təmsilçilərinin qətlinə dair planlarını pozublar”, - qurumdan vurğulanıb.

UTX-nin məlumatına görə, Ukrayna Təhlükəsizlik Xidmətinin Dövlət Mühafizə İdarəsi rəhbərliyinin köməyi ilə vaxtında ifşa olunmuş agent şəbəkəsi planları həyata keçirməli idi.

“Fəaliyyəti Moskvadan, Federal Təhlükəsizlik Xidməti tərəfindən yönləndirilən şəbəkənin heyətinə Dövlət Mühafizə İdarəsinin iki polkovniki daxil idi, RF-nin məxfi məlumatını onlar ötürüblər”, - deyə xidmətdə əlavə ediblər.

Xəbər lenti

Xəbər lenti