...

Paşinyan Putinin andiçmə mərasiminə getməməsinin səbəbini açıqlayıb

Dünya xəbərləri Materials 7 May 2024 15:50 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin bu gün keçirilən andiçmə mərasiminə dəvət olunmadığını bildirib.

Trend xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə dəvət olunduğunu, Putindən isə bu cür dəvət almadığını bildirib.

Qeyd edək ki, mayın 7-də Vladimir Putin rəsmi olaraq Rusiya Federasiyasının prezidenti vəzifəsinə başlayıb. Andiçmə mərasimi Böyük Kreml sarayında keçirilib.

Xatırladaq ki, martın 21-də Rusiya Federasiyasının Mərkəzi Seçki Komitəsi 15-17 mart tarixlərində keçirilən prezident seçkilərinin nəticələrini təsdiqləyib.

Vladimir Putin səslərin 87,28 faizini toplamaqla, rəsmi olaraq yenidən Rusiyanın prezidenti seçilib.

Xəbər lenti

Xəbər lenti