...

Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gedib (FOTO)

Siyasət Materials 7 May 2024 13:50 (UTC +04:00)
Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gedib (FOTO)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasına rəsmi səfərə gedib.

Bu barədə Trend-ə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Ankarada Türkiyə-Azərbaycan Biznes Forumu keçiriləcək. Forum Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 11-ci Müddətli Toplantısı ilə əlaqədar Xarici İqtisadi Əlaqələr Şurasının və Türkiyə Palatalar və Birjalar Birliyinin əməkdaşlığı ilə baş tutacaq. Forumda Türkiyə dövlət başçısının köməkçisi Cevdet Yılmaz və Azərbaycan Baş naziri Əli Əsədov iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti