...

Bu il cəmi 5 ölkə 4-cü Könüllü Milli Hesabatını təqdim edəcək - Hüseyn Hüseynov

Cəmiyyət Materials 7 May 2024 11:47 (UTC +04:00)
Bu il cəmi 5 ölkə 4-cü Könüllü Milli Hesabatını təqdim edəcək - Hüseyn Hüseynov
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bu il cəmi 5 ölkə 4-cü Könüllü Milli Hesabatını təqdim edəcək.

Trend xəbər verir ki, bunu “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda keçirilən 4-cü DİM Dialoqunda çıxış edən İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycan bu ölkələrdən biridir.

“2024-cü il üçün əsas prioritet mövzu 2030-cu il gündəliyinin gücləndirilməsi və çoxsaylı böhranlar zamanı yoxsulluğun aradan qaldırılması, dayanıqlı, davamlı və innovativ həllərin effektiv həyata keçirilməsidir.

Bu ilki hesabatda əsas məsələlərdən biri də proqramın icrasında yaranan maliyyə boşluqları məsələsidir”, - deyib.

Qeyd edək ki, Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilir.

Xəbər lenti

Xəbər lenti