...

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatıb

Siyasət Materials 7 May 2024 17:44 (UTC +04:00)
Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatıb

Bakı. Trend:

Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycan Respublikasına rəsmi səfəri mayın 7-də başa çatıb.

Trend xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazirin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Slovakiyanın Baş naziri Robert Fitsonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.

Xəbər lenti

Xəbər lenti