...

Azercell bu il günəş enerjisi ilə işləyən 40-dək radiostansiya işə salacaq

Telekommunikasiya Materials 7 May 2024 10:50 (UTC +04:00)
Azercell bu il günəş enerjisi ilə işləyən 40-dək radiostansiya işə salacaq
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azercell bu il günəş enerjisi ilə işləyən 40-dək radiostansiya işə salmağı planlaşdırır.

Trend xəbər verir ki, bunu mayın 7-si Azercell-in Hüquq, Etika və Komplayens departamentinin direktoru Şirin Əliyeva 2023-cü il üzrə Dayanıqlı İnkişaf haqqında Hesabatın təqdimatında deyib.

"Bu il Azercell günəş enerjisi ilə işləyən 40-dək radiostansiya işə salmağı planlaşdırır. Bu addım karbon izini əhəmiyyətli dərəcədə azaltmağa və rabitənin ekolojiliyini artırmağa imkan verəcək", - deyə o bildirib.

Xatırladaq ki, ötən ilin yekunlarına görə, Azercell-in gəliri təqribən 570 mlyon manat təşkil edib. Şirkətin bazardakı payı 48,2 faiz təşkil edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti