...

Övladımın nəşi tapıldıqdan sonra təskinlik tapıram - Şəhid Gülalının anası

Cəmiyyət Materials 7 May 2024 14:01 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Övladımın nəşinin tapılmasında əziyyəti olanların hamısına təşəkkür edirəm.

Trend xəbər verir ki, bunu bu gün 30 il sonra tapılaraq dəfn edilən şəhid Dadaşov Gülalının anası Səbirə Dadaşova deyib.

Şəhid anası bildirib ki, övladımın nəşi tapıldıqdan sonra təskinlik tapıram.

“Gülalı torpaqlarımızın müdafiəsi uğrunda şəhid olub. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzulayıram. Allah ordumuzu qorusun”,- Səbirə Dadaşova əlavə edib.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və 30 ildən sonra meyitinin qalıqları tapılan Gülalı Dadaşov meyitinin qalıqları Bakının Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.

Xəbər lenti

Xəbər lenti