...

ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk edib

Dünya xəbərləri Materials 7 May 2024 14:23 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Rusiyadakı səfiri Linn Treysi ölkəni müvəqqəti tərk edib.

Trend xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ölkənin 1-ci kanalının efirində deyib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasiminə dəvət olunan səfirlərlə bağlı məsələ yekunlaşmamışdan əvvəl bu barədə Rusiya Xarici İşlər Nazirliyinə məlumat verilib.

ABŞ səfiri ölkəni tərk etdiyi üçün Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti