Bakı. Trend:
“Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxsi yaradılıb.
Trend xəbər verir ki,
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi sədrinin müavini Anar
İbrahimov mayın 7-də Naxçıvan Muxtar Respublikası (MR) Təhsil
Nazirliyinin tabeliyində olan peşə təhsili müəssisələrinin
fəaliyyətinin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi publik
hüquqi şəxsi və Naxçıvan Şəhər Peşə Liseyinin birləşdirilməsi və
onların bazasında “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin
tabeliyində Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi
şəxsin yaradılması qərara alınıb.
Bundan başqa, Fərmana uyğun olaraq, Şərur Texniki Peşə və
Sürücülük Məktəbi “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin
tabeliyində Şərur Peşə Liseyi” adlandırılaraq publik hüquqi şəxsə
çevrilib.
Həmçinin Ordubad Texniki Peşə və Sürücülük Məktəbi “Naxçıvan Muxtar
Respublikası Təhsil Nazirliyinin tabeliyində Ordubad Peşə Liseyi”
adlandırılıb və publik hüquqi şəxsə çevrilib.
Fərmanın icrası ilə əlaqədar Muxtar Respublikanın müvafiq dövlət orqanları üçün vəzifələr müəyyən edilib.