...

“Qalatasaray”ın sabiq futbolçusu saxlanıldı

İdman Materials 7 May 2024 22:33 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Mançester Siti” klubunun sabiq futbolçusu Jo Braziliyada saxlanılıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, buna səbəb “sambaçı”nın aliment ödəməməsidir.

Braziliya 2-ci divizionunda “Amozanas” klubunda çıxış edən forvard oyundan əvvəl saxlanılıb. Futbolçunun vəkilinin sözlərinə görə, aliment ödənildikdən sonra o, sərbəst buraxılacaq.

Qeyd edək ki, Jo “Mançester Siti”, “Everton”, “Qalatasaray”, SSKA (Moskva), “Korintians”, “İnternasional”, “Atletiko Mineyro” və “Naqoya Qrampus” klublarının şərəfini qoruyub. O, Braziliya millisində 20 oyun keçirib və bu matçlarda 5 qolla yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti