...

Qırğızıstan prezidenti Rusiyaya işgüzar səfərə yola düşüb

Dünya xəbərləri Materials 7 May 2024 16:14 (UTC +04:00)
Qırğızıstan prezidenti Rusiyaya işgüzar səfərə yola düşüb
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Qırğızıstan prezidenti Sadır Japarov mayın 7-də Rusiyaya işgüzar səfərə yola düşüb.

Trend bu barədə Qırğızıstan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, səfər çərçivəsində Japarov Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammitində və Böyük Vətən Müharibəsindəki Qələbənin 79 illiyi münasibətilə keçiriləcək təntənəli tədbirlərdə iştirak edəcək.

Qırğızıstan prezidentini ölkənin Rusiyadakı səfiri, eləcə də, bir sıra dövlət məmurları və nazirlər müşayiət edəcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti