...

Heydər Əliyev Azərbaycanı bu günki inkişaf mərhələsinə yüksəldib - Sahibə Qafarova

Siyasət Materials 7 May 2024 11:21 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Parlamentin iclası xüsusi əlamətdar tarixi günlərdə keçirilir. Üç gün sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yubileyi qeyd ediləcək. Ulu Öndər Heydər Əluyev dünya miqyaslı lider, siyasi xadim olub.

Trend xəbər verir ki, bunu parlamentin bu günki iclasında spiker Sahibə Qafarova deyib.

O qeyd edib ki, Azərbaycan xalqının teleyi Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi ilə bağlı olub.

“Ulu Öndər Heydər Əliyev Azərbaycanı düşmüş olduğu çətinliklərdən çıxararaq bu günki inkişaf mərhələsinə yüksəldib. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin təməlini yaratmış və daha sonra o möhkəm təməllər üzərində müstəqilliyini qoruyub inkişaf etdirib.

Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün ən qüdrətli dövrünü yaşayır. Cənab Prezidentin rəhbərliyi ilə Vətən Müharibəsində və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirlərinin nəticəsi olaraq Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini təmin edib”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti