...

Rusiya Böyük Britaniyanın hərbi obyektlərini vura bilər - Zaxarova

Dünya xəbərləri Materials 7 May 2024 17:44 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Kiyev Rusiya ərazisini Britaniyanın silahları ilə vuracağı təqdirdə, Moskvanın Böyük Britaniyanın Ukraynadakı və ondan kənardakı hərbi obyektlərinə zərbə endirmək hüququ olacaq.

Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "TASS" agentliyinə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun Kiyevin Rusiya ərazisinə zərbə endirmək üçün Britaniya silahlarından istifadəsini legitim hesab etdiyinə dair açıqlamasına münasibət bildirərkən deyib.

"Bu ssenari reallaşacağı təqdirdə, Rusiya Federasiyası müvafiq şəkildə cavab vermək, yəni hədəf olaraq həm Ukrayna ərazisində, həm də ondan kənardakı Britaniya obyektlərini - hərbi obyektləri, silahları və s. istifadə etmək hüququnu özündə saxlayır", - Zaxarova deyib.

Zaxarova Kemeronun sözlərini tamamilə ağılsız hesab etdiyini bildirib.

Qeyd edək ki, bu yaxında Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron "Reuters" agentliyinə müsahibəsində Kiyevin Britaniya silahlarından istifadə etməklə Rusiya ərazisinə zərbə endirmək hüququnun olduğunu bildirib.

Kemeronun açıqlamasından sonra Böyük Britaniyanın Rusiyadakı səfiri Naycel Keysi Xarici İşlər Nazirliyinə çağırılıb.

Xəbər lenti

Xəbər lenti