...

9 ilə 16 gün qalmış və ya “Qarabağ”dan sonra “Səbail”

İdman Materials 7 May 2024 14:44 (UTC +04:00)

Bakı. Trend:

“Qəbələ” qələbə həsrətinə son qoyub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bölgə təmsilçisi Premyer Liqada 14, bütün turnirlər nəzərə alınmaqla 13 oyunluq qələbəsizliyi sona çatdırıb.

Çempionatın XXXIII turunda “Səbail”ə 3:2 hesabı ilə qalib gələn “qırmızı-qaralar” 2024-cü ildə ilk dəfə 3 xal qazanıb. Son 14 görüşdə üç heç-heçə və 11 məğlubiyyəti olan “Qəbələ” 136 gün əvvəl - 2023-cü il dekabrın 22-də “Sabah”ı 1:0 hesabı ilə yenəndən sonra qalibiyyət üzü görmürdü.

“Qəbələ” 2024-cü ildə çempionatda qalib gəlməsə də, kubokda sevinib. Fevralın 9-da “Araz-Naxçıvan”a 2 cavabsız qol vuran komanda sonrakı 87 gündə 13 görüşdə 2 heç-heçə və 11 məğlubiyyətlə üzləşib.

Kaxaber Tsxadadze “Qəbələ”nin baş məşqçisi kimi ilk qələbəsini qazanıb. O, əvvəlki 11 qarşılaşmada 2 heç-heçə və 9 məğlubiyyət görüb. Gürcüstanlı mütəxəssis Azərbaycanda işlədiyi illərdə son qələbəsini “İnter”dəki son matçında - 2015-ci il mayın 22-də “Qarabağ” üzərində qazanıb – 2:1. Tsxadadze 9 ilin tamamlanmasına 16 gün qalmış, yəni 3272 gündən sonra qalibiyyət yaşayıb.

Qeyd edək ki, “Qəbələ”nin Premyer Liqada 10-cu yeri tutduğu XXXII turda rəsmiləşib.

Xəbər lenti

Xəbər lenti