...

Prezident İlham Əliyev: Strateji əməkdaşlıq haqqında Birgə Bəyannamədə əslində əks olunan maddələr bizim niyyətimizi əks etdirir

Siyasət Materials 7 May 2024 13:25 (UTC +04:00)
Prezident İlham Əliyev: Strateji əməkdaşlıq haqqında Birgə Bəyannamədə əslində əks olunan maddələr bizim niyyətimizi əks etdirir
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Bakı. Trend:

Strateji əməkdaşlıq haqqında Birgə Bəyannamədə əslində əks olunan maddələr bizim niyyətimizi əks etdirir. Eyni zamanda gələcək əməkdaşlıq perespektivlərini müəyyən edir.

Trend xəbər verir ki, bunu mayın 7-də Azərbaycan və Slovakiya arasında strateji əməkdaşlıq haqqında Birgə Bəyannamə imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Robert Fitso ilə mətbuata birgə bəyanatlarla çıxışı zamanı bildirib.

"Hesab edirəm ki, bu gün Slovakiya - Azərbaycan əlaqələrində yeni səhifə açılır və ümid edirəm ki, bizim müştərək yolumuz çox uğurlu olacaq. Biz bu gün cənab nazirlə təkbətək görüş əsnasında, eyni zamanda nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş danışıqlarda bir çox məsələləri müzakirə etdik, bizim siyasi əlaqələrimizin yüksək səviyyədə olmasını bir daha təsdiqlədik, eyni zamanda bir çox sahələr üzrə aparılacaq işlərə də öz münasbətimizi bildirdik", - Prezident İlham Əliyev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti