Bakı. Trend:
Bu gün çox əlamətdar bir gündür. Hörmətli Baş nazir Robert Fitso Azərbaycana səfər edir.
Trend xəbər verir ki, bunu mayın 7-də Azərbaycan və Slovakiya arasında strateji əməkdaşlıq haqqında Birgə Bəyannamə imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Robert Fitso ilə mətbuata birgə bəyanatlarla çıxışı zamanı bildirib.
"Səfər çərçivəsində strateji əməkdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu, çox ciddi siyasi sənəddir və bizim əlaqələrimizi ən yükəsk səviyyəyə qaldıran sənəddir", - dövlətimizin başçısı bildirib.