...

PASHA Holding ölkənin ən böyük özəl strukturlarından biri olaraq dayanıqlı inkişaf məqsədlərinin icrasında iştirak edir - Aytac Muxtarzadə

Cəmiyyət Materials 7 May 2024 17:53 (UTC +04:00)
PASHA Holding ölkənin ən böyük özəl strukturlarından biri olaraq dayanıqlı inkişaf məqsədlərinin icrasında iştirak edir - Aytac Muxtarzadə
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

PASHA Holding ölkənin ən böyük özəl strukturlarından biri olaraq dayanıqlı inkişaf məqsədlərinin icrasında iştirak edir.

Trend xəbər verir ki, bunu PASHA Holding-in ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Aytac Muxtarzadə Azərbaycanın 4-cü Könüllü Milli Hesabatı – Azərbaycanda DİM-lərin icrası sahəsində nailiyyətlər, çağırışlar, boşluqlar, kritik uğur faktorları və qabaqcıl təcrübələrə dair baxış bucaqları” mövzusunda yüksək səviyyəli paneldə çıxışında deyib.

“Özəl sektor dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün vacib oyunçulardandır. Belə ki, PAŞA Holding özəl sektor iştirakçısı olaraq öz fəaliyyəti ilə DİM çərçivəsində iqtisadiyyata, innovasiya ekosisteminə, insan kapitalına, cəmiyyətə və iqlim məsələlərinin həllinə töhfə verir və beləliklə DİM icrasında iştirak edir”, - deyə o bildirib.

Onun sözlərinə görə, PASHA Holding-də 20 mindən çox əməkdaş çalışır.

“Şirkətlər müxtəlif alətlərdən istifadə edərək işçilər üçün ən yaxşı iş şəraiti yaratmalıdırlar. Əməkdaşlar üçün yaradılan iş mühüti və imkanlar hər bir şəxs üçün bərabər, ədalətli olmalıdır. Bizim qurumda bu belədir. Qadınlar bizim mərkəzi və digər strukturlarımızda yüksək vəzifələrdə çalışırlar”, - deyə o bildirib.

O, həmçinin, qeyd edib ki, PASHA Holding işğaldan azad olunmuş ərazilərdə də dayanıqlı inkişaf məqsədlərinə töhfə verir.

“Biz həmin sahələrdə infrastruktur obyektlərinin bərpası ilə yanaşı, ekoloji bərpaya da diqqət yetiririk. Qarabağ Dirçəliş Fondu ilə birgə Zəngilanda 30 min ağacın əkilməsində iştirak etmişik”, - deyə o bildirib.

Qeyd edək ki, Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib.

Xəbər lenti

Xəbər lenti